Səma elçisi Məhəmməd

하늘의 사도 무함마드


Məhəmməd ibn Abdulla İslam dininin banisi, böyük şəxsiyyət və siyasi xadimdir.

무함마드 이븐 압둘라는 이슬람의 창시자이자, 위대한 인물이자 정치인입니다.


"Allahın elçisi" sayılan böyük peyğəmbər Məhəmməd müqəddəs Quranı xalqa çatdırmışdır.

"알라의 사도"로 간주되는 위대한 예언자 무함마드는 신성한 쿠란을 사람들에게 전달했습니다.


Məhəmməd 570-ci ildə Ərəbistanın ticarət mərkəzi olan Məkkədə anadan olmuşdur.

무함마드는 570년에 아랍의 무역 중심지였던 메카에서 태어났습니다.


Gənc yaşlarında dəvə karvanlarını müşayiət etmişdir.

그는 청년 시절에 낙타 행상들을 호위했습니다.


Ərəbistanı və qonşu ölkələri gəzmiş, həmin yerlərdə dini - siyasi təlimlərlə tanış olmuşdur.

그는 아랍과 이웃 국가들을 돌아다녔고, 바로 그곳들에서 종교 - 정치 교육자들과 알게 되었습니다.


594-cü ildə varlı qadın olan Xədicə ilə evlənmiş, onun ticarət işini idarə etmişdir.

594년에 부유한 여성인 카디자와 결혼했고, 그녀의 무역업을 관리했습니다.


İslam ehkamlarına görə, 610-cu ildə mələk Cəbrayıl vasitəsilə Məhəmmədə Allahdan vəhy verilir.

이슬람 교리에 따르면, 610년에 천사 가브리엘을 통해 무함마드에게 알라로부터 가르침이 주어졌습니다.


Bu da onun peyğəmbərliyinin və İslamın başlanğıç tarixi hesab olunur.

이것도 그의 예언자 지위와 이슬람의 초기 역사로 간주됩니다.


Həmin vaxtdan Məhəmməd peyğəmbər İslam dinini təbliğ etməyə başlamışdır.

바로 이때부터 사도 무함마드는 이슬람교를 전파하기 시작했습니다.


Dini fəaliyyətinin ilk dövrlərində Məkkədə güclü müqavimətə rast gəlmiş, 622-ci ildə öz tərəfdarları ilə birlikdə Mədinəyə gəlmişdir.

그는 종교 활동의 초기 시기에 메카의 강력한 저항과 마주했고, 622년에 자기 편 사람들과 함께 메디나로 왔습니다.


Burada müsəlman icması yaratmış, qısa müddət ərzində çoxlu tərəfdar toplamışdır.

그는 여기에서 이슬람 공동체를 만들었고, 짧은 기간 내에 많은 지지자들을 모았습니다.


O, 630-cu ildə Məkkə də daxil olmaqla Ərəbistanın xeyli hissəsində qüvvətli bir müsəlman dövləti yaratmışdır.

그는, 630년에 메카도 포함하는 아랍의 좋은 지역에서 강력한 이슬람 국가를 건설했습니다.


Məhəmməd bu dövlətdə İslam dinini hakim dinə çevirmişdir.

무함마드는 이 나라에서 이슬람교를 통치 종교로 바꾸었습니다.


İllər keçdikcə onun yaratdığə İslam dini dünyanın xeyli hissəsinə yayılmışdır.

해가 흘러갈 수록 그가 창시한 이슬람교는 세계의 상당히 많은 지역으로 퍼졌습니다.


İslam dininin mütərəqqi ideyaları insanların əxlaqi-dini baxışlarına çevrilmişdir.

이슬람교의 진보적인 사상들은 사람들의 도덕과 종교 관점들을 바꾸었습니다.


Hazırda bu dinə bir milyarddan artıq insan sitayış edir.

현재 이 종교에 10억이 넘는 사람들이 믿습니다.


Məhəmməd Peyğəmbər 632-ci ildə vəfat etmiş və Mədinə şəhərində dəfn olunmuşdur.

사도 무함마드는 632년에 사망했고, 메디나에 매장되었습니다.


Onun yaşadığı Məkkə və Mədinə şəhərləri İslam dininin mərkəzi olmaqla İslamın ən müqəddəs yeri, dünya müsəlmanlarının ziyarətgahıdır.

그가 살았던 메카와 메디나는 이슬람교의 중심지가 됨과 동시에 이슬람의 가장 신성한 장소, 세계 무슬림들의 순례지입니다.


bani 설립자, 창설자, 발기인 xadim 인물, 학자 siyasi xadim 정치인 ticarət 교역, 무역, 상업 müşayiət 호송, 수송, 동행, 호위 təlim 교육, 교육자 ehkam 교리, 신조 mələk 천사 vəhy 영감, 신탁, 신의 말씀 müqavimət 반대, 저항 icma 공동체, 커뮤니티 tərəfdar 지지자, 팬 mütərəqqi 선진적인, 진보적인, 혁신적인 əxlaqi 도덕상의, 도덕적인, 훈계조의 qəbilə 부족, 민족 ziyarətgah 순례, 성지참배, 순례지


=====


Məhəmməd peyğəmbər kimdir?

사도 무함마드는 누구입니까?


Onun gəncliyi necə keçmişdir?

그는 그의 청년시절을 어떻게 보냈습니까?


O, müsəlman dövlətini necə yaratdı?

그는 무슬림 국가를 어떻게 세웠습니까?


İslam dini haqqında bildiklərinizi danışın.

여러분이 이슬람교에 대해 아는 것들을 이야기하세요.


Məhəmməd peyğəmbərin xidməti nə olmuşdur?

사도 무함마드의 활동은 무엇이었습니까?


Onun haqqında daha nə bilirsiniz?

여러분은 그에 대해 또 무엇을 아나요?


Başqa dinlərin və peyğəmbərlərin adını söyləyin.

다른 종교와 그것의 예언자들의 이름을 말하세요.


Posted by 활활이

댓글을 달아 주세요