Muzeylər

박물관들


Bilirsinizmi, muzeylər necə yaranıb?

여러분들은 박물관들이 어떻게 등장했는지 아시나요?


Qədimdə müxtəlif sənədlər, şəhadətnamələr, estetik qiymətə malik əşyalar əsasən saraylarda saxlanırmış.

옛날에 다양한 문서들, 증서들, 미학적인 가치가 있는 물건들은 원래 궁전들에 보관되었습니다.


İndiki muzeylərin "əcdad"ları e.ə. XVİ əsrdə Çində yaranmışdır.

오늘날 박물관의 '조상들'은 기원전 16세기 중국에서 등장했습니다.


Qədim Romada isə maddi və mənəvi mədəniyyət abidələri e.ə. III-IIəsrlərdə məbədlərdə və bəzi şəxslərin kolleksiyalarında saxlanılırdı.

고대 로마의 경우 물질적, 무형의 문화 유산들은 기원전 2~3세기에 신전들에, 그리고 몇몇 개인들의 수집품으로 보관되고 있었습니다.


Hazırda müxtəlif ölkələrdə yüzlərlə muzey fəaliyyət göstərir.

오늘날 다양한 국가에 수백개의 박물관이 운영되고 있습니다.


Məsələn, təkcə qədim memarlıq abidələri ilə məşhur olan Madriddə (İspaniya) muzeylərin sayı 100-dən artıqdır.

예를 들어서, 오직 오래된 건축물들로 유명해진 마드리드 (스페인)에는 박물관 수가 100개가 넘습니다.


Burada hər dövrü əks etdirən muzeylə rastlaşmaq mümkündür.

여기에서 다양한 종류의 미술품 박물관들과 마주칠 수 있습니다.


Qonşu Rusiyada ilk muzey 1719-cu ildə Peterburqda açılmışdır.

이웃한 러시아에는 최초의 박물관이 1719년에 페테르부르크에서 문을 열었습니다.


Rusiyanın dünya şöhrətli muzeylərindən olan Ermitaj 1764-cü ildə, Tretyakov qalereyası isə 1856-cı ildə yaradılmışdır.

러시아의 세계적으로 잘 알려진 박물관들이 된 에르미타주 박물관은 1764년에, 트레챠코프 미술관은 1856년에 등장했습니다.


Azərbaycanda hazırda onlarla muzey fəaliyyət göstərir.

아제르바이잔에는 현재 수십 개의 박물관이 운영되고 있습니다.


Bunların sırasına incəsənət muzeyi, ədəbiyyat muzeyi, tarix muzeyi, musiqi mədəniyyəti muzeyi və digərləri daxildir.

이것들에 미술 박물관, 문학 박물관, 역사 박물관, 음악 문화 박물관과 그 외 것들이 들어갑니다.


Hər bir muzey mənsub olduğu ölkənin, xalqın tarixi və mədəniyyəti ilə bağlı dəyərli informasiya daşıyır.

각각의 박물관은 관련된 국가의, 사람들의 역사와 문명과 밀접한 가치 있는 정보를 갖고 있습니다.


Bu səbəbdən də Azərbaycanın keçmişi və inkişaf yolu ilə tanış olmaq istəyirsinizsə, muzeylərə baş çəkin.

이 때문에도 여러분이 아제르바이잔의 과거와 발달 과정을 만나기 원한다면 박물관들을 방문하세요.


muzey 박물관 sənəd 문서 şəhadətnamə 증서, 증명서 estetik 심미적인, 미학적인 əcdad 선조, 조상 məbəd 신전 kolleksiya 소장품, 수집품 fəaliyyət göstərmək 작동하다, 기능하다, 가동되다 birgə fəaliyyət göstərmək 협력하다 fəaliyyət göstərməmək 겨울잠을 자다, 동면하다 memarlıq 건축 əks etdirmək (그림, 조각으로) 그리다 qalereya 갤러리, 미술관 incəsənət 미술 mənsub 참가하는, 참여하는, 관련된 dəyərli 보람있는, 가치있는


Posted by 활활이

댓글을 달아 주세요